Ölkə
Yaponiyada güclü zəlzələ olub
Yaponiyanın cənubundakı ucqar Yonaquni adaları yaxınlığında 5,9 maqnitudalı zəlzələ baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin milli meteorologiya idarəsi məlumat yayıb.
Zəlzələnin episentri Yonaquni adaları yaxınlığında, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.
Milli.Az