Ölkə

Yardımlıda avtomobil dərəyə aşdı: ölən və yaralananlar var

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

Milli.Az bildirir ki, hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1966-cı il təvəllüdlü Zeynalov İlqar Əhmədağa oğlu idarə etdiyi “UAZ” markalı minik avtomobillə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri – Zeynallı Seymur Elxan oğlu və Zeynallı İsmət Etibar oğlu xəsarətlər alıb. Sürücü İ.Zeynalov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button