Ölkə

Yaşayış binasında yanğın: ölən var

Lənkəranda yaşayış binasında yanğın olub, 90 yaşlı qadın yanaraq ölüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Girdəni kəndində baş verib.

Belə ki, ikimərtəbəli, 16 mənzilli binada yanğınla bağlı Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Şəxsi heyət və FHN -nin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi zamanı mənzillərin birində 1934-cü il təvəllüdlü Əcəbnaz Əsgərəli qızı Əsgərovanın meyiti aşkar edilib. Bina sakinlərindən başqa xəsarət alan olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçirib. Meyit müayinə üçün morqa təhvil verilib.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button