İdman

“Yayımla bağlı ortaya çıxan problemdə “Qarabağ” klubu da məsuliyyət daşıyır”

“Yayımla bağlı ortaya çıxan problemdə “İdman” TV qədər “Qarabağ” klubu da məsuliyyət daşıyır”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə “İdman” TV UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın Sloveniya klubu “Olimpiya” ilə keçirdiyi səfər oyunu zamanı yayımda yaranmış problemlə bağlı bəyanatda bildirib.

Telekanal rəhbərliyi məsələ ilə bağlı yaxın müddətdə Azərbaycan çempionunun rəsmiləri ilə görüş keçirməyi planlaşdırır: “Olimpiya” – “Qarabağ” görüşünün “İdman” TV vasitəsilə göstərilməməsindən narahatlığınızı və iradlarınızı başa düşür, üzr istəyirik. “Qarabağ” klubundan fərqli olaraq, biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək”.

Qeyd edək ki, “Qarabağ”ın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşma 69-cu dəqiqədən etibarən yayımlanıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button