Ölkə

“Yaylağa qalxmaq üçün 150 manat istəyirlər”

Bloger Aysel Şükür Şəkidə Xan yaylağına qalxmaq üçün ondan tələb olunan məbləğdən gileylənib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bloger sürücünün ondan 150 manat istədiyini deyib. Aysel bahaçılıqdan şikayətlənib:

“Bir Xan yaylağına qalxmaq üçün 150 manat istəyir. Deyir ki, fərqi yoxdur, 1 nəfər, ya 7 nəfər, 150 manatı verməlisən. Deyirəm ki, uşaqlardır, qucağımda oturacaqlar. Yenə də qiyməti endirmir. Özü də yaylaqda nə çay içməyə, nə yemək yeməyə yer var. Turizm səhifələrində yalandan yazıblar ki, maşın 10 manata aparır. Yalandır, inanmayın. 10 manat söhbəti yoxdur. Bu qiymətə böyük maşın gedir, o da axşam saat 5-də şəlaləyə kimi gedir. Yaylağa getmir. Heç Şəkiyə gələndən 150 manat xərcləməmişəm”.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button