Ölkə

Yeni qoruğun yaradılması turizm üçün nələr vəd edir?

Prezident İlham Əliyev “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması barədə sərəncam imzalayıb. yaradılacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bəs “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğunun yaradılması turizmə necə təsir edəcək?

Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin mətbuat katibi Fərəh Sabirqızı bildirib ki, həmin köç yolu üzərində Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yer tutan yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir:

“Ərazidə mövcud olan zəngin mədəni turizm resursları sayəsində regional turizm bazarı üçün unikal mədəni, həmçinin, təbiət turizm məhsulları yaradılması mümkün olacaq. Yeni qoruğun yaradılması həm yaylaq, həm qışlaq, həm də mövsümi köç yolunda ekoturizm, kempinq, haykinq, yolsuzluq maşınları ilə hərəkət, müvəqqəti yaşayış yerlərində (alaçıq) qonaqlama və s. kimi turizm məhsullarını əhatə edəcək, bir sıra dağ kəndlərində turizm sənayesinin inkişafına təkan verəcək”.

F.Sabirqızı qeyd edib ki, digər tərəfdən, qoruq ərazisində bu və digər etnik və mədəni turizm məhsullarının inkişafı birbaşa icma əsaslı turizm dəyər zənciri yaradacağına, yerli əhali ilə birbaşa bağlı olduğuna görə köç yolunun keçdiyi kənd və qəsəbələrin ərazisində turizm sahəsində özünüməşğulluq inkişaf edəcək.

“Yeni qoruğun yaradılması Qobustan, Hacıqabul və Abşeron rayonlarının iqtisadiyyatında böyük rol oynayan qış otlaq resursları sayəsində ənənəvi heyvandarlıq sahəsinə marağı artırmaqla, həmçinin, turizmin zəif inkişaf etdiyi bu ərazilərdə mədəni irs və təbiət resursları əsasında turizm məhsullarının inkişaf etdirilməsinə müsbət təsir göstərəcək”, – deyə mətbuat katibi qeyd edib.

Qeyd edək ki, “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğu altı rayonun – Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisini əhatə edəcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button