Ölkə

“Yer üzündə tanıdığım ən yaxşı kişisən”

“Səs Azərbaycan” müsabiqəsinin qalibi, AzTV-nin solisti Emiliya Yaqubova həyat yoldaşı iş adamı Tamerlan Təcəddinovla bağlı diqqət çəkən paylaşım edib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi həyat yoldaşı ilə birlikdə çəkilən fotoları “kollaj” edərək, onu doğum günü münasibəti ilə təbrik edib. 

“Doğum günün mübarək, dünyanın ən gözəl, dərin, saf, mehriban gözləri olan oğlan. Gözlər ruhun güzgüsüdür. Və bütün dünya sənin gözlərində işıqlanır. Orada sevgi yaşayır, şəfqət var, anlayış var, dərin və saf bir ruh var… Mən səni görürəm. Sən möhtəşəmsən. Sən təkrarolunmazsan. Sən bu yer üzündə tanıdığım ən yaxşı kişisən. Bu gün sənin haqqında danışmaq istəyirəm. Səninlə tanış olduğum gündən bəri səni izləyirəm. Hər gün, hər il dəyişirsən və güclənirsən, yaxşılaşırsan. Səninlə fəxr edirəm. Sən çox ağıllı, sonsuz mehriban, səmimi, anlayışlı, gülməli, zarafatcıl, atletik, pozitiv, humanistsən. Daim öz üzərində işləyirsən. Sənə heyran olmaqdan, səndən öyrənməkdən əl çəkmirəm”, – deyə Emiliya yazıb. 

Qeyd edək ki, Emiliya 2019-cu ildə avqustun 12-də Tamerlanla ailə qurub. Cütlük evləndikdən sonra Londona köçüb.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button