Sosial

Yevlaxda 15 il bağlı qalan mərkəzi küçədə hərəkət bərpa edildi

Yevlax rayonunda uzun müddət bağlı qalan mərkəzi yol açılaraq sakinlərin istifadəsinə verilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, Yevlax Rayon İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev bununla bağlı tapşırıq verib.

Xatırladaq ki, həmin yol Rayon İcra Hakimiyyətinin qarşısından keçdiyi üçün uzun müddət bağlı qalmışdı. Şəhərin mərkəzi küçələrindən hesab edilən yol Heydər Əliyev prospekti ilə kəsişir.

Rayon sakinləri Trend-ə bildirib ki, 15 ildir bağlı olan yol avtomobillərin şəhərin mərkəzi ilə hərəkətinə çətinlik yaradırdı.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button