Ölkə

Yollarda moped problemi necə həll olunacaq?

Paytaxtda hər yerdə gördüyümüz mopedlər yollarda təhlükəli vəziyyətlər yaradır və sürücülərin öz həyatlarını riskə atmalarına səbəb olur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmur, bu da onların tez-tez qayda pozuntuları etmələrinə gətirib çıxarır.

Moped sürücüləri də etiraf edirlər ki, yol hərəkəti qaydalarını pozurlar.

Nəqliyyat üzrə ekspert İlqar Hüseynli mövzu ilə bağlı bildirib ki, gənclərlə maarifləndirmə işi aparılmalı və vətəndaşlar məlumatlandırılmalıdırlar. O əlavə edib ki, velosipedlərin və mopedlərin hərəkəti dövlət tərəfindən tənzimləyici mexanizmlərlə nəzarət altına alınmalıdır.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev qeyd edib ki, bu nəqliyyat vasitələrinin qayda pozuntularına yol verdikləri halda 49 manat məbləğində cərimə tətbiq edilir.

Ətraflı İTV-nin süjetində:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button