Ölkə

“Yorğanın altına girib 45 dəqiqə onunla danışdı” – VİDEO

Türkiyədə bir qadın canlı yayımda üzləşdiyi xəyanətdən danışarkən əri tərəfindən tutulub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, “Hayatta Her Şey” adlı proqrama zəng vasitəsilə qoşulan qadının başına qəribə iş gəlib. Qadın elə həyat yoldaşının ona xəyanətindən danışırmış ki, bu vaxt təsadüfən əri evə gəlib. Qadın ərinin ona qonşu qadınla xəyanət etdiyini deyib:

“40 ildir ki, evliyik. Son bir il idi ki, yaxınlıq etmirdik. Ərimdən şübhələnməyə başladım. Bir dəfə gördüm ki, yorğanın altına girib kimləsə danışır. Düz 45 dəqiqə danışdılar. Sonra səsindən tanıdım ki, qonşumuzdur”

Aparıcı qadının səsinin qəfldən dəyişdiyini hiss edib və məsələdən xəbərdar olub:

“Yaxşı əzizim, bizə görə evinizə dava düşsün istəmərik. İndi əlaqəni kəsirəm . Amma səni yenə mütləq efirə qoşacam.”

Lalə

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button