Ölkə

Yuxarı Qarabağ kanalında dağılan bənd bərpa olunub – VİDEO

Bərdə rayonu ərazisində Yuxarı Qarabağ kanalında dağılan bənd bərpa olunub, su axmasının qarşısı tamamilə alınıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliytinin sədri Zaur Mikaylov, eyni zamanda, Agentliyin tabeliyində olan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, eləcə də aidiyyəti şöbə müdirləri hadisədən xəbər tutan kimi rayona ezam olunublar.

“Onlar hazırda da hadisə yerindədirlər. Dağılan bənddən axan suyun qarşısının alınması üçün ətraf rayonlardan, istismar idarələrindən texnikalar cəlb olunub, bütün idarələr səfərbər edilib. Yuxarı Qarabağ kanalı bizim ən böyük magistral kanallardan biridir. Buranın su həcmi böyükdür. Ona görə də bəzən bu kanalda qəza olanda axan suyun dərhal kəsilməsi mümkün olmur. Artıq suyun qarşısı tamamilə kəsilib. Digər yerlərdə də ziyanın dəyib-dəymədiyini yoxlamaq üçün sabah da ümumi olaraq kanala baxış keçiriləcək”, – ASC rəsmisi vurğulayıb.

——–

19:53

Bərdə rayonunun Qaraqoyunlu kəndində subasma zamanı köməksiz qalan sakinlər təxliyə olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, Yuxarı Qarabağ kanalının daşması nəticəsində Ərəblər və Qaraqoyunlu kəndləri su altında qalıb. FHN-in Qarabağ Regional Mərkəzinin Xüsusi Riskli xilasetmə hissəsinin əməkdaşları Qaraqoyunlu kəndində su dolan evlərdə köməksiz qalan sakinləri təxliyə ediblər.

Hazırda kənddə xilasetmə işləri davam etdirilir.

——–

17:40

Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb.

Bu barədə FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button