Ölkə

“Zəfər” musiqi və teatr festivalı çərçivəsində İsmayıllıda konsert keçirildi

8 Noyabr – Zəfər Günü münasibətilə cari ilin 22 oktyabr – 8 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı keçirilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

6 noyabr tarixində festival çərçivəsində Ismayıllı rayonunda Beynəlxalq Muğam Mərkəzinin konsert proqramı təqdim olunub.

Tədbirdə ictimaiyyət nümayəndələri, şəhid ailələri, 44 günlük Vətən Müharibəsinin iştirakçıları və şəhər sakinləri iştirak ediblər. Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilən, tarixi qələbəmizə həsr olunmuş konsert proqramından əvvəl İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Novruz Aslan, qiraət ustası Pünhan İsmayıllı çıxış edərək Zəfər bayramı münasibətilə rayon sakinlərini təbrik ediblər. Daha sonra Beynəlxalq Muğam Mərkəzinin musiqiçiləri muğamlar, xalq mahnıları və təsniflərdən ibarət rəngarəng proqramla çıxış edib. Xanəndələr  Elgiz Əliyev, Nisbət Sədrayeva,  Könül Xəlilzadə və Məmməd Nəcəfovun çıxışları sakinlər tərəfindən alqışlarla qarşılanıb.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button