“Zəfərin İZi” Bayram festivalı keçiriləcək

“İZ Community”Qadınlar Cəmiyyəti 3 illik fəaliyyəti dövründə 6 festival keçirib.
Milli.Az xəbər verir ki, 12 noyabr 2023-cü il, saat 12:00-dan 19:00-a kimi Azərbaycanda qadın sahibkarlığına dəstək məqsədli yeddinci böyük festival keçiriləcək. Marriott Boulevard Hoteldə baş tutacaq “Zəfərin İZi” tədbiri Azərbaycanın tarixi qələbəsinə həsr olunub.
“İZ Community” Qadınlar Cəmiyyətinin təsisçisi və rəhbəri Rəna xanım Nəcəfzadə-Sadəddinovadır.
Proqramda
– Əl işləri, interyer dizayn, kosmetik məhsullar, aksesuarlar, geyim, qab-qacaq, ərzaq, şirniyyatlar, suvenirlər kimi müxtəlif seqmentləri təmsil edən 100 sahibkar qadının iştirakı ilə yarmarka;
– “İZ Community” üzvü olan rəssam xanımların sərgisi;
– Musiqili-rəqs proqramı;
– Fudkort;
– Master-klasslar;
– Maraqlı qonaqların (KİV nümayəndələri, blogerlər, inflyuenserlər, məşhur şəxsiyyətlər) iştirakı baş tutacaq.
Giriş sərbəstdir.
Milli.Az