Ölkə

“Zəhram yox, mən yetim qaldım”

Həyat yoldaşı Röyal mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı növbəti dəfə paylaşım edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, aktrisanın arxiv görüntülərini yayaraq bu sözləri yazıb:

“Bəzən yuxuda olduğun zaman elə xoşbəxt olursan ki… Yuxu olduğunu bilirsən, amma yenə də ayılmaq istəmirsən. Ölümdan sonra yəqin ki, bu cür olur həyat. Sabahlarımı “sabahın xeyir, eşqim” deyərək açıram, “gecən xeyrə qalsın, ömrüm” deyib yatıram. Nə qədər səni xəyalımda canlandırmağa çalışsam da olmur. Heç bir şey əlini tutmaq, o gözəl üzünə-gözünə baxmaq, gözlərinin kənarında qırışan qəmzələrini görmək kimi deyil. Bu zaman daha çox acı çəkirəm. Bir dəfə bir filmə baxmışdım. Orada bir obrazın dediyi söz kimi, “Bu bir yanğındır. Yanıram, amma hiss etmirəm”.

6 aydır ki, sənə sarıla bilmirəm. Sənə sarılanda tam olurdum, bütövləşirdim. Bəzən çəkiliş meydançasından mənə zəng edirdin, “Röyal bir söz soruşacağam, elə olur ki, sən də birdən deyəsən, “Ay da necə darıxdım Tünüş üçün?”. Deyirdim ki, “əlbəttə, ömrüm”. Elə bilirdim ki, tək bu məndə olur, sən demə onda da belə imiş. Deyirdin ki, haradasan təz gəl, səni görmək istəyirəm. Mən də gülə-gülə yaxşı deyirdim! Eh Tünüşüm, gözəl həyat yoldaşım mənim, yetim qaldım. Zəhram yetim qalmadı, çünki mən varam, amma mən yetim qaldım, çünki sən yoxsan. Əvvəlcə Rəbbimə, sonra sənə qovuşacağım günə qədər səbr edəcəyəm”.

Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib. Onun Zəhra adlı bir qız övladı var. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button