Ölkə

Zəncirvari qəzalarla bağlı sürücülərə XƏBƏRDARLIQ

“Müşahidələr onu göstərir ki, tez-tez rast gəlinən zəncirvari qəzaların əsas səbəbi sürücülərin avtomobil idarə edərkən ara məsafəsinə dair tələbləri pozmalarıdır”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev bildirib.

O, qeyd edib ki, yol hərəkəti qaydaları ara məsafəsi haqda sabit kəmiyyət müəyyən etmir. Bu sahədə qanunvericiliyin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və gözlənilmədən dayandıqda, onla toqquşmasının qarşısını almaq mümkün olsun.

İnspektor vurğulayıb ki, şəhər yollarında, xüsusilə də tıxaclarda ara məsafəsi mütləq gözlənilməlidir. Çünki, qarşıda baş verə biləcək kiçik bir toqquşma bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəzalara səbəb ola bilər.

“Avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərə, ələlxüsus mobil telefondan istifadəyə aludə olan sürücüləri nəzərə alsaq, bu aqibətlə üzləşmə ehtimalının kifayət qədər yüksək olduğunu görərik”, – deyə Elvin Hacıyev əlavə edib.

Daha ətraflı videomaterialda:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button