Siyasət
Zəngəzur dəhlizinin açılması regionda sabitlik üçün önəmli rola sahibdir
Güclü Türkiyə – güclü Azərbaycandır və güclü Azərbaycan – güclü Türkiyədir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı bildirib.
“Qarabağın bərpasına yenidən dirçəldilməsinə dəstəyimiz davam edəcəkdir. Güclü Türkiyə – güclü Azərbaycandır və güclü Azərbaycan – güclü Türkiyədir. Beynəlxaq ictimaiyyət tərəflər arasında ayrı seçkilik etməməlidir. Onlara çağırış edərək bildirir ki, regionda sülhü dəstəkləsinlər. Regionda sabitliyə gedən yol sülhün imzalanmasından keçir. Zəngəzur dəhlizinin açılması da önəmli rola sahibdir”, – deyə nazir bildirib.
Milli.Az