Ölkə

Zaqatala polisi dağlarda əməliyyat keçirdi

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı mürəkkəb relyefli dağlıq ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, “Xaş-xaş-2023” tədbirlər planına uyğun olaraq şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun Yuxarı Tala kəndindəki dağlıq-meşəlik ərazidə narkotik plantasiyası aşkar edilib.

Ərazi dərhal nəzarətə götürülüb və orada narkotik tərkibli bitkilərin həmin kənd sakini Ceyhun Ramazanov tərəfindən becərildiyi müəyyən olunub. O, çətənə kollarına qulluq edərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Əraziyə baxış keçirilərkən 70 ədəd çətənə bitkisi, C.Ramazanovun həmin bitkilərdən əldə etdiyi marixuana və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin təxminən 3 ay öncə narkotik bitkiləri becərdiyi, onlara qulluq etmək üçün süni su hovuzları hazırladığı məlum olub. O, ifadəsində polisdən yayınmaq üçün çətənə kollarını çətin relyefli ərazidə becərdiyin bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button