Ölkə

Zaqatala və Balakənə kütləvi böcək hücumu – VİDEO

Zaqatala və Balakənə böcəklərin kütləvi hücumu baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Lent.az-a yerli sakinlər məlumat veriblər.

Sakinlərin dediyinə görə, böcəklər artıq evlərə dolub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşı Həsən Nəzərli Lent.az-a bildirib ki, onlara bu barədə məlumat daxil olub. Məlumat daxil olan kimi onlar bölgəyə ezam olunublar. Hazırda böcəklərlə mübarizə tədbirləri davam etdirilir.

H.Nəzərıli həmçinin qeyd edib ki, bu böcəklər respublika ərazisinə Gürcüstandan keçib. Ötən il də belə bir hadisə baş vermişdi: “Balakən və Zaqatalada qəhvəyi mərmər bağacığı adlı böcək yayılıb. Qəhvəyi mərmər bağacığı təsərrüfat əhəmiyyətli zərərvericidir. Tipik qalxanlılara aid bağacıqdır. Digərlərindən fərqli olaraq bu böcəklər daha çox bitkiyə zərər vurur. Belə ki, bu zərərverici 200-dən artıq bitkiyə ziyan vurur. Qəhvəyi mərmər bağacığı efir yağı tərkibli toksid maddə buraxır. Bu böcəklər zərərvericidir. Bunlar əsasən qışlamaq üçün yaşayış evlərinə daxil olur. Ona görə də böcəklərlə kimyəvi mübarizə aparmaq çətinləşir. Soyuq havalarda onlarla yeganə mübarizə yolu mexaniki mübarizədir. Vətəndaşlardan xahiş olunur ki, zərərvericiləri müşahidə etdikdə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin “088-588″ qaynar xəttinə məlumat versinlər”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button