Ölkə

Zaqatalada itkin düşəndən sonra tapılan turistlərin son vəziyyəti açıqlanıb

Zaqatala rayonunda dağlıq-meşəlik ərazidən təxliyə olunan turistlərin vəziyyətləri stabildir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini – Əli Əlizadə və Əbdül Rzayev təxliyə olunub.

TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsində onlara zəruri tibbi xidmət göstərilib, laborator, instrumental müayinələr təmin olunub. Kəskin travmatik xəsarətləri yoxdur, hazırda stressə və hipovolemiyaya qarşı yardım edilir.

Əbdül Rzayevə aşıq baldır oynağının əziyi diaqnozu ilə tibbi yardım göstərilib.

Ümumi vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Həkim müşahidəsi altındadırlar.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button