Ölkə

Zaxarovanın Qarabağ haqda hədyanına Bakının cavabı…

Ermənistan TŞ katibi Armen Qriqoryanın “Rusiya Qarabağı əlimizdən alıb, Azərbaycana verdi” açıqlamasının İrəvanın məğlubiyyətə görə günahı Moskvanın üzərinə qoymaq və xarici siyasətdə oriyentasiya dəyişikliyini əsaslandırmaq xəttinin davamı olduğu bəllidir. Rəsmi Bakı İrəvan-Moskva xəttindəki “ritorik müharibədə” motiv kimi Qarabağın istifadə edilməsini cavabsız qoymamalı idi, yüksək səviyyədə cavab verildi də.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Bununla yanaşı, Rusiyaya da müəyyən mesajların çatdırılması zərurəti yaranır. Çünki Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Qriqoryana verdiyi cavab Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb oldu.

Zaxarova Qriqoryanı “öz əraziləri uğrunda həyatlarını qurban verən erməniləri təhqir etməkdə” ittiham edib və bununla Qarabağın işğalçı ermənilərə “məxsusluğu” iddiasını da irəli sürüb. Moskvanın belə sətiraltı iddiaları yeni deyil, hərçənd, Rusiyadan rəsmi səviyyədə səslənən bu iddialar ikitərəfli münasibətlərdə gərginliyi tətikləyir. Bu situasiya Bakının rəsmi şəkildə Moskvaya cavab verməsi zərurətini yaratsa da, bunun diplomatik kanallarla çatdırılması daha məqbul olardı. Çünki rəsmi cavab İrəvan və Moskva arasındakı hesablaşmanın “ritorik xəttinə” Bakının da qoşulması ilə nəticələnəcək. Ki, bunun Azərbaycana faydası yoxdur. Əvəzində bu cür açıqlamaların qəbuledilməz olduğunu Moskvaya diplomatik kanallarla çatdırmaq olar.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button