Zelenski Baxmutu itirdiyini təsdiqlədi

Zelenski Baxmutu itirdiyini təsdiqlədi

Ukrayna prezidenti Vladimir Zelenski G7-nin Xirosimada keçirilən sammitində Donetsk vilayətinin Baxmut şəhərinin ukraynalı müdafiəçilər tərəfindən itirilməsini təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, şəhərin Ukrayna qüvvələrinin nəzarətində olub-olmaması sualı ABŞ prezidenti Co Baydenlə Yaponiyada görüşdən əvvəl jurnalistlər tərəfindən verilib.

“Düşünürəm ki, yox”, – Ukrayna dövlətinin başçısı bildirib. “Bu gün Baxmut yalnız bizim qəlbimizdədir”, o əlavə edib.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir