İqtisadiyyat

Ziraat Bank Azərbaycanın əməkdaşları Türkiyə Ziraat Bankası-nın Bankçılıq Məktəbinin təlim proqramını uğurla bitirib

Ziraat Bank Azərbaycanın əməkdaşları Türkiyə Ziraat Bankası-nın Türkiyədə fəaliyyət göstərən Bankçılıq Məktəbininnövbəti məzunları sırasında yer alıblar. Onlar 6 həftə  ərzində Türkiyə Ziraat Bankası-nın müxtəlif sahələr üzrə ixtisaslaşmış əməkdaşları tərəfindən tədris olunan təlimlərdə iştirak ediblər.Tədris zamanı əməkdaşlar makro və mikroiqtisadi siyasət, mühasibat uçotu, hüquq, statistika və şəxsi inkişaf, bankçılıq sahəsinə aid yeniliklər haqqında məlumatlar əldə ediblər. Tədris proqramının son günündə  bank əməkdaşları göstərmiş olduğu yüksək nəticələrə görə Türkiyə Ziraat Bankası-nın Analitik Bankçılıq və Məhsul İdarəetmə Qrupunun rəhbəri, həmçinin Ziraat Bank Azərbaycanın Müşahidə Şurasının sədriDr. İlker Met tərəfindən 2023 Bankçılıq Məktəbi sertifikatı ilə təltif olunublar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qeyd edək ki, Ziraat Bank Azərbaycan ənənəvi olaraq mütəxəssislərinin Türkiyə Ziraat Bankası-nın Türkiyədə fəaliyyət göstərən Bankçılıq Məktəbində bank sahəsinə aid müxtəlif tədris proqramlarında iştirak etmələrini həyata keçirir. Bununla da bank əməkdaşları 159 illik tarixə malik olan Ziraat Bankınixtisaslaşmış kadrlarının təlimlərində iştirak etməklə, onların təcrübələrini dinləyir və  bu sahədə inkişaf etməklə, biliklərini Azərbaycanda tətbiq edirlər.

Həmçinin Ziraat Bank Azərbaycan mütəmadi olaraqrəhbər kadrlarını və mütəxəssislərini müxtəlif təlim və tədris proqramlarına göndərməklə onların Türkiyə, o cümlədən dünyadakı bank sahəsində baş verən yeniliklər və dəyişikliklər barədə məlumatlanmalarını təmin edir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. 

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, BankınFacebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button