Uncategorized

Əhalinin nəzərinə – Bu tarixlərdə…

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə rəsədxanadan verilən məlumata görə, Günəşin səthində ləkələrin sayı azalıb. Hazırda 2 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 52-dir. Aprelin 9-da baş vermiş CME-lərin (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) Yerə istiqamətlənməsi təhlil olunur. Həftə ərzində orta ölçülü tac dəliyi qeyd olunsa da, hazırda Günəşin səthində tac dəliyi müşahidə edilmir.

Enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyədə (max: 4252 pfu) olub, 10 MeV-dən çox enerjili proton seli isə həftə ərzində fon səviyyəsinə yaxın olub. Hazırda Günəş küləyi sürətinin parametrləri normaldır (328km/s), planetlərarası maqnit sahəsinin qiyməti isə artaraq Yer orbitində 10.47 nT, radial istiqamətdə isə -7.58 nT-yə çatıb.

Geomaqnit sahəsi sakit-aktiv fazalarda olub və hazırda isə qeyri-sabitdir.

Proqnoz günlərində – aprelin 10-dan 16-dək C sinif alışmanın başvermə ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 25 faiz, X (R3) sinif isə 1 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin aprelin 11-də yüksək səviyyələrə çatacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı ehtimal olunur. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir.


Günəş küləyi sürətinin müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Zərrəciklər Selinin) və aprelin 7-də baş vermiş CME-nin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsinin müsbət qütblü CH HSS və CME-nin təsiri nəticəsində aprelin 10-dan 12-dək aktivləşəcəyi, aprelin 16-dan 18-dək geomaqnit sahəsinin aktivliyinin 4 Kp-yə kimi yüksələcəyi proqnozlaşdırılır.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button