Ərdoğan Türkiyənin ilk milli peykindən yazdı – FOTO

Ərdoğan Türkiyənin ilk milli peykindən yazdı - FOTO

Türkiyənin ilk müşahidə peyki aprelin 11-də kosmosa buraxılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar günü özünün “Twitter” səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

“Yüksək ayırdetmə qabiliyyətinə malik ilk milli istehsalımız olan IMECE müşahidə peykimiz aprelin 11-də kosmosa buraxılacaq”, – deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə özünün insan resursları, imkanları və texnologiyası ilə qlobal kosmos yarışında irəliləməyə davam edəcək.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir