Uncategorized

Ərdoğanın son durumu açıqlandı

Dünən canlı yayım zamanı halı pisləşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş açıqlama verib.

Onun sözlərinə görə, Ərdoğanın səhhəti yaxşıdır: “Bunların hamısı bu gün geridə qaldı. Prezidentimiz kifayət qədər sağlamdır. Öz günlük proqramına davam edəcək”.

Ərdoğan da, öz növbəsində tviter hesabında səhhəti ilə bağlı paylaşım edib. Türkiyə lideri həkimlərin tövsiyəsinə uyğun olaraq bu gün istirahət edəcəyini bildirib.

Xatırladaq ki, R. T. Ərdoğan aprelin 25-i yerli mediaya müsahibə verərkən özünü pis hiss edib və buna görə canlı yayım qısa müddətlik dayandırılıb. O, daha sonra bir qədər soyuqladığını və mədəsinin ağrıdığını açıqlayıb.

Milli.Az 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button