Ölkə

Puqaçova əri ilə İsraildən getdi

Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin İsraili tərk edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə “SHOT” məlumat yayıb. 

Nəşrin məlumatına görə, Qalkin İsraillə Livan arasındakı müharibə fonunda Puqaçova ilə birlikdə onun qızı Rusiyanın Əməkdar artisti Kristina Orbakayteni ziyarət etmək üçün ABŞ-yə gedəcək. Qalkin İsraildəki bütün tamaşalarını qastrol planından çıxarıb. O, bu həftə ərzində həyat yoldaşı ilə birlikdə Avropaya, oradan da ABŞ-yə  uçacaq.

Nəşr əlavə edib ki, Anatoli Beli və Mixail Şats (Rusiyada “xarici agent” kimi tanınırlar) kimi sənətçilər də İsraili tərk edirlər. 

Qeyd edək ki, oktyabrın 1-də İsrail Müdafiə Qüvvələri Livanda quru əməliyyatına başladığını elan edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button