Uncategorized

Anti-Azərbaycan fəaliyyət keçmiş diplomata baha başa gəldi – Çeviköz deputat ola bilməyəcək

Daha çox ermənipərəst, rəsmi Ankaranın strateji maraqlarına zidd mövqeyi və fəaliyyəti ilə yadda qalan Türkiyənin qalmaqallı keşmiş diplomatı Ünal Çeviköz üzvü olduğu Cümhuriyyət Xalq Partiyasından ciddi zərbə alıb. İkinci Qarabağ müharibəsində qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəyə qarşı çıxışları ilə yadda qalan, ölkəsinin xarici siyasət kursuna qarşı çıxan bu şəxsin deputatlıq ümidləri bununla da puç olub. Vaxtilə Azərbaycanda səfir vəzifəsində çalışmış bu şəxs partiyasının deputatlığa namizəd siyahısında yer almayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qeyd edək ki, mayın 14-də keçiriləcək parlament seçkiləri üçün Cümhuriyyət Xalq Partiyasının hazırladığı deputatlığa namizədlər siyahısı artıq dəqiqləşib. Xəbərdə vurğulanır ki, 27-ci parlament dövründə İstanbul millət vəkili olan bəzi adlar 28-ci müddət üçün hazırlanan namizəd siyahısına girə bilməyib. Diqqət çəkən adlardan biri də Ünal Çeviközdür. Partiyanın xarici siyasətdə vitrin adlarından biri olan Çeviköz, Türkiyənin beynəlxalq arenada atdığı haqlı addımların qərb ölkələrini qəzəbləndirəcəyi qorxusu ilə yanlış gördüyünü müdafiə etməsi ilə yadda qalıb. Bəzi məlumatlara görə, Çeviköz partiyası qalib gələcəyi təqdirdə Xarici İşlər Nazirliyi postuna namizəd hesab edilirdi.

“Bizim Liviya və Suriyada nə işimiz var?”

Ünel Çeviköz Suriyada terror təşkilatlarına qarşı həyata keçirilən təhlükəsizlik siyasətini də tənqid edərək, Türkiyənin Liviyadakı əməliyyatlara qoşulmasının beynəlxalq arenada təcrid olunmasına səbəb olduğunu müdafiə edib. Çeviköz Rusiya, İran və ABŞ-ın bölgədə nə etdiyini soruşmaq əvəzinə, Türkiyənin bölgədə işğala bənzədiyini iddia edərək, TSK-nın Suriyadan çəkilməli olduğunu bildirib.

“Biz Azərbaycana kömək etməməliyik”

Türk mediası yazır ki, “qardaş ölkə Azərbaycanın çətin vəziyyətində belə müqavimət göstərməkdən çəkinməyən CHP-li Çeviköz Türkiyənin münaqişəyə qarışdığını bildiyini və bu ifadələri işlətdiyini bildirib: Təəssüflər olsun ki, xəbərlərdə Türkiyədən Azərbaycana silah yardımı edildiyi, şayiələrə görə cihadçı qrupların da Azərbaycana göndərildiyi bildirilir”.

Azər Nuriyev
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button