Uncategorized
Azərbaycanda bu tarixlərdə geomaqnit qasırğası gözlənilir

Hal-hazırda geomaqnit sahəsi sakitdir.
Milli.Az bununla bağlı Şamaxı Astrofizika Rəsədxanasından məlumat alıb.
Qeyd edilib ki, Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.
Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə 31 may – 1 iyun tarixlərində aktiv olacağı, 1-4 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir.
Milli.Az