Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam eşitməmişəm.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, əgər adam səhv edirsə, səhvinə görə tutulur və ittiham edilir.
“Ölkəmizdə inancsız adam yoxdur. Dinindən asılı olamayaraq hamı inanır”, – deyə o əlavə edib.
Milli.Az