Uncategorized

Azərbaycanda yeni milli parklar yaradılır

Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala-Balakən Biosfer Rezervatının, həmçinin əhəmiyyətli və unikal təbii landşaft müxtəlifliyinə malik Qanıx (Alazan) çayı vadisini və Axar-baxar dağ silsiləsini əhatə edən ərazilərdə, həmçinin Qax Dövlət Təbiət Yasaqlığı və İlisu Dövlət Təbiət qoruğunun bazasında yeni milli parkların yaradılması işlərinə başlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Bioloji müxtəlifliyin qorunması” mövzusunda konfransda çıxışı zamanı bildirib.

“Bioloji müxtəlifliyin qorunması istiqamətində regional və qlobal səviyyədə əməkdaşlığa xüsusi önəm verilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bioloji müxtəlifliyin mühafizəsi istiqamətində qəbul edilmiş bütün konvensiyalara qoşulmuş və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Hazırda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığından ibarət olan xüsusi mühafizə olunan təbiət ərazilərimiz ekosistemlərin, nadir fauna və flora növlərinin mühafizəsində əhəmiyyətli rol oynayır”,- deyə nazir əlavə edib.


Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button