Uncategorized

Bəzi marketlərin yeni hiyləsi: “ƏDV”li və “ƏDV”siz çek – VİDEO

Bəzi  mağazalardan alınan məhsullara görə ƏDV fərqli üsulla verilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu zaman 2 qəbz təqdim olunur. İlk qəbz ƏDV-siz, daha sonra isə onu təqdim etməklə ƏDV-li qəbzi alırsınız.

Sahibkarlar bunu niyə  edirlər?. Niyə ədv olan qəbz müştəriyə dərhal verilmir?

“Xəzər Xəbər məsələni araşdırıb”

Hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən marketlərdən birində baş verib.

Alıcılar iddia edir ki, vəziyyətlə bağlı  market rəhbərliyinə dəfələrlə müraciət etsələr də nəticə dəyişməyib. Bu mağazada alıcılara verilən qəbzin biri  ƏDV-li, digəri isə  ƏDV-siz olur. Bunu biləndə var, bilməyəndə.

Məsələyə market rəhbərliyi də münasibət bildirib. Adını deməyən şəxsin sözlərinə görə, əvvəllər 1 çek verilib, sonradan problemlər yarandığından bu üsula əl atıblar.

Bənzər mənzərə Sumqayıtda olan marketlərdən birində də yaşanır.


“Alınan məhsula görə 2 çek verilir”

“Mağazadan  isə bildirildi ki, bu məsələ ilə bağlı heç bir məlumat vermək istəmirlər”

“Xəzər Xəbər” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əlaqə saxlayıb.

Qurumdan bildirildi ki, problemlə bağlı əgər vətəndaşlar xidmətə müraciət edərlərsə o zaman məsələ araşdırıla bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button