Nizami rayonu ərazisində yaşayışa yararsız olan 11 bina sökülür.
Milli.Az “ARB TV” binanın son vəziyyəti ilə bağlı bina sakinləri ilə görüşərək söhbətləşib.
Bina sakinləri evlərdə istilik sisteminin olmamağından narazılığını bildirib.
90 ailənin yaşadığı bina yaşayış üçün tam yararsız olduğundan söküləcəyi və yerinə müasir standartlara cavab verən binanın tikiləcəyi bildirilir.
Təmir bərpa işləri davam edənədək 90 ailənin 2 il müddətində aylıq 350 manat kirayə haqqının aidiyyatı qurum tərəfindən ödənilməsi nəzərdə tutulur.
Milli.Az