Uncategorized

Bakıda məktəb və bağçanın yaxınlığı narkomanların məskəninə çevrilib – VİDEO

Xətai rayonu, Gəncə prospekti 71 ünvanında yerləşən ikimərtəbəli yarımtikili narkotik vasitə istifadəçilərinin məkanına çevrilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Narkomanlar günün müxtəlif saatlarında həmin yerdə toplaşaraq narkotik vasitələrdən istifadə edirlər. Daha da pisi odur ki, bura uşaq bağçasına bitişikdir və yaxınlıqda orta məktəb də var. Mövcud vəziyyət isə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, illərdir tikintisi yarımçıq qalmış binanın hər tinində narkotik vasitə istifadəçilərinin izlərinə rast gəlmək mümkündür.

Burada addımbaşı şprislər, kibritlər var.

Ətrafda yaşayan sakinlərin sözlərinə görə, sözügedən yerin tikintisi 7 ildən çoxdur ki, yarımçıq qalıb. Hansı məqsədlə tikildiyi isə heç kimə məlum deyil. Bundan əlavə, sakinlər narkotik vasitə istifadəçilərinin bu tikiliyə toplaşmalarını uşaqları üçün təhlükəli hesab edirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Bildirildi ki, bu kimi yarımçıq və ya dağılmış tikililər belə halların qarşsını almaq üçün diqqət mərkəzində saxlanılır.

Qurumdan o da bildirildi ki, artıq həmin əraziyə naryad qrupları göndərilərək nəzarətə götürülüb. Bu kimi hallarla qarşılaşan vətəndaşlar dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya sosial şəbəkə hesablarına məlumat verə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button