Bakının bu ərazisində yaşayanlara ŞAD XƏBƏR: Gələn ilin sonunda… – VİDEO

Bakının bu ərazisində yaşayanlara ŞAD XƏBƏR: Gələn ilin sonunda... - VİDEO

Şərti adı B-04 olan yeni Metrostansiyanın inşası sürətlə davam etdirilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,Nəsimi rayonu ərazisində yerləşən metrostansiyanın gələn ilin sonunda istifadəyə veriləcəyi planlaşdırılır.

Ən üst mərtəbədə kassa zalı və vestibül, üçüncü mərtəbədə isə texniki sahələr yerləşəcək. Burada xidməti otaqlar və 4 havalandırma kamerası tikiləcək.

İkinci mərtəbə keçid üçün nəzərdə tutulub. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si bu mərtəbədə olacaq.

Stansiyanın platforması 7 vaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Xəzər Xəbər”ə deyib ki, stansiyanın 4 giriş-çıxışı olacaq. Bu isə yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.


Qeyd edək ki, şərti adı olan B-04 olan metrostansiyası bənövşəyi xətti üzrə Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək. Tikinti işlərinin gələn ilin sonunda yekunlaşdırılması və stansiyanın istifadəyə verilməsi planlaşdırılır.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir