Ölkə
Baş nazirdən AzTV ilə bağlı qərar
Nazirlər Kabineti “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar ..Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında qərar verib.
Milli.Az-ın xəbərinə görə, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin strukturuna “AZTV”, “Mədəniyyət TV”, “İdman TV”, “Azərbaycan Radiosu” və “Azərbaycan Beynəlxalq Radiosu” əlavə edilib.
İndiyə qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin strukturuna departamentlər, direktorluq, şöbələr və bölmələr daxil olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun