Ölkə
Beyləqanda avtomobil ağaca çırpılıb – sürücü öldü
Beyləqan rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Mil qəsəbəsi istiqamətində qeydə alınıb.
1987-ci il təvəllüdlü Vəliyev Hafiz Fəyyaz oğlunun idarə etdiyi “Khazar LX Minik” markalı avtomobili idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə H.Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə sərnişin qismində olan 1996-cı il təvəllüdlü Kazımov Münsif Şahin oğlu isə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.
Faktla araşdırılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun