Uncategorized

Bir erməni hərbçisi ölüb, digəri yaralanıb

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində bir hərbçisinin həlak olduğunu, daha birinin isə yaralandığını açıqlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Milli.Az xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Daha sonra mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.

Ermənilər həmçinin D-30 toplarından və zərbə PUA-larından istifadə etməyə başlayıb. Bu gün Azərbaycan ordusunun bölmələri ermənilərin zərbə PUA-larını vaxtında aşkar edərək, radioelektron mübarizə vasitələrinin tətbiqi ilə onları hədəfə çatmadan zərəsizləşdiriblər.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button