Bu gün və dünən Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın yolu ilə tibb müəssisələri üçün dərman və digər ləvazimatlar çatdırıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə komitə öz “Facebook” hesabında paylaşım edib.
Qeyd edək ki, bu gün bir sıra erməni KİV-ləri bu gün Beynəlxalq Qızıl Xaç avtomobillərinin Laçın yolundan keçmədiyini bildirirdilər.
Milli.Az