Ölkə

Bu yolda sürüşmə oldu

İntensiv yağıntılar nəticəsində M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75.2-cü kilometrlik hissəsində (sağ tərəf) sürüşmə baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, nəticədə yolun sağ çiyin hissəsi 150 metr uzunluğunda və torpaq yamacı 40 metr enində olmaqla sıradan çıxıb. Bundan başqa, yolun sol hərəkət istiqamətində torpaq yatağı yamacının hərəkət hissəsinə doğru sürüşdüyü müəyyən edilib. Sürüşən hissənin uzunluğu 240, eni yamac boyunca 50 metr təşkil edir. Yolun hərəkət hissəsinin hər iki istiqamətində çatlar və çökmələr əmələ gəldiyi və hazırda sürüşmə prosesinin inkişaf fazasında olduğu da qeydə alınıb.

Qeyd edək ki, hazırda sürüşmə nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Sözügedən hissədə baş verən sürüşmənin və müəyyən edilən sürüşmə nöqtələrinin yarada biləcəyi fəsadların qarşısının alınması və avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bərpa işləri aparılır, qabaqlayıcı tədbirlər görülür.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button