Uncategorized

Çində Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert olub – FOTO

Çinin Hebey vilayətinin Lanfan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Azərbaycan-Çin dostluq konserti” təşkil olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, Lanfandakı İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində keçirilən konsert Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib.

Konsertdə xalq artisti Ənvər Sadiqovun rəhbərliyi altında “Qaytağı” instrumental ansamblının və “Mirvari” rəqs qrupunun ifasında Uzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun, Tofiq Quliyevin və başqalarının əsərləri, xalq mahnıları və rəqsləri, habelə ənənəvi Çin xalq mahnısı, Ağdam Xan Şuşinski Adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdi Mətin Cəfərovun ifasında “Qarabağ şikəstəsi” təqdim olunub.

İncəsənət ustalarımızın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Milli.Az 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button