Cocuq Mərcanlıda çoban minaya düşərək öldü

Cocuq Mərcanlıda çoban minaya düşərək öldü

Cəbrayılda çoban minaya düşüb.

Hadisə rayonun Cocuq Mərcanlı kəndində baş verib.

1964-cü il təvəllüdlü çoban Oqtay Alışov at üstündə olarkən tank əleyhinə minaya düşüb.

O, hadisə yerində ölüb.

DİN Mətbuat Xidmətindən qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə polis əməkdaşları hadisə yerində araşdırma aparır.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir