Uncategorized

“Ermənistan öhdəliklərini yerinə yetirmir”

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelti bölgədə mövcud vəziyyət, ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələri barədə qarşı tərəfi məlumatlandırıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

XİN-dən verilən məlumata görə, nazir, həmçinin Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.

Bununla yanaşı, davam edən mina təhdidləri, Üçtərəfli bəyanat çərçivəsində Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, aprel ayında əsir götürülmüş azərbaycan hərbçilərinə qarşı zorakılıq və onların qaytarılmaması, itkin düşmüş şəxslər barədə məlumat verilməməsi kimi məsələlərə diqqət çəkilib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button