Uncategorized

Ermənistanın cəzasızlıq sindromu QLOBAL BƏLAYA ÇEVRİLİR – Qərb niyə susur?

Ermənistan iki həftədən artıqdır ki, yol verdiyi rəzilliklərlə gündəmi zəbt edib. Əvvəlcə əsir düşən silahsız əsgərlərimizə qarşı vəhşiliklər, onlara qarşı yol verilən fikizi zorakılıqları çəkib yaydılar, ardınca da İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatı zamanı Azərbaycan bayrağının yandırılması bu ölkənin əsl simasını bir daha üzə çıxarmış oldu. Bu hadisələrə rəsmi Bakı müvafiq reaksiya verdi, bəyanatlar səsləndi. Lakin 30 ildən artıq Azərbaycan torpaqlarınn işğalına göz yuman beynəlxalq aləm, Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanması ilə məşğul olan ATƏT üzvləri, o cümlədən Minsk qrupuna daxil olan dövlətlərdən hər hansı bir sərt reaksiya daxil olmayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Onlarla yanaşı, özlərini beynəlxalq hüquq müdafiə təşkilatları adlandıran –  “Human Rights Watch”, “Freedom House” kimi təşkilatlar əsgərimizin vəhşicəsinə döyülməsi, ardınca qonaq qismində dəvət edilən ölkənin bayrağının yandırılmasına reaksiya vermir.

Əgər Ermənistan beynəlxalq hüquq və etiket qaydalarına əməl etmirsə, ona başa salmalıdlrlar ki, əsirlərə qarşı bu cür davranış Cenevrə Konvensiyasının kobud pozuntusudur və heç şübhəsiz ki, cinayəti törədənlər məsuliyyətə cəlb edilməlidir. İnsan hüquqları və demokratiyadan, demokratik dəyərlərdən bəhs edən bu kimi qurumların ayrı-ayrı regionlar və ölkələrə yanaşmasında ikili standartlar siyasətinə rast gəlinir. Bəllidir ki, bu hallar daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın müvafiq təşkilatlarının mövqeyində özünü göstərir. İkili standartlar faktı özünü qabarıq şəkildə büruzə verir. Avropada son zamanlar mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulmasına dair konkret hadisə və faktlar ortada olduğu halda, sözügedən qurumlar, təşkilatlar burada susqunluq nümayiş etdirirlər. 

Başqa bir misal, Fransa illər uzunudur ki, Korsikada insanların sərbəst toplaşmaq hüququnu əngəlləyir, onların hüquqlarını tapdalayır. Lakin yenə də beynəlxalq hüquq müdafiə təşkilatları və yaxud onunla münasibəti olan dövlətlər susur.

Bayraq yandırılmasına yol verən dövlət mütləq cəzasını almalı, sanksiyalar tətbiq edilməlidir. Ermənistanın terroru və terrorçuları dəstəklədiyi tarixi həqiqətdir, onun öz ərazisində hər hansı beynəlxalq səviyyədə tədbiri, o cümlədən idman yarışlarını təhlükəsiz təşkil edə biləcəyi şübhə doğurur. Azərbaycan bayrağının yandırılması və həmin mənfur hərəkətin onu törədən şəxsin qəhrəmanlığı kimi alqışlanması da bunu aydın şəkildə göstərir. Bununla yanaşı, beynəlxalq idman təşkilatları da Ermənistanda hər hansı mötəbər yarışın təşkilindən imtina etməli, həmçinin İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatı dayandırılmalı və onun nəticələri ləğv olunmalıdır.

Azər Nuriyev
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button