Evinizə qayıdın, burada hər şey yaxşı olacaq – Aleksandr Şarovski Qarabağın erməni azlığına müraciət etdi – VİDEO – FOTO

Evinizə qayıdın, burada hər şey yaxşı olacaq - Aleksandr Şarovski Qarabağın erməni azlığına müraciət etdi - VİDEO - FOTO

Baku Network ekspert platformasında “Tofiq Abbasovla dialoq” analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Milli.Az bu barədə Trend-ə istinadən xəbər verir.

Verilişin qonağı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru, “Şöhrət” və “Şərəf” ordeni mükafatçısı, Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri, xalq artisti Aleksandr Şarovski olub.

Verilişdə Azərbaycanda multikulturalizm ənənələri və Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası müzakirə olunub.

“Birgə mövcud olmaq, bizimlə yaşamaq digər şərtlərdə yaşamaqdan daha rahat olacaq. Sizdən çox xahiş edirəm, Bakıda deyildiyi kimi, evinizə qayıdın və burada hər şey yaxşı olacaq”, – A.Şarovski deyib.

Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq:

Milli.Az 

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir