Uncategorized

General Lentsov Qarabağa niyə göndərildi? – Rusiyanın İrəvana MESAJI…

Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri təyin edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

O, bu vəzifədə Andrey Volkovu əvəzləyib. Bu, Rusiya sülhməramlılarının Qarabağa gəlişindən sonra sayca üçüncü rəhbər dəyişikliyidir.

Bəs, A.Lentsov sələflərindən nə ilə fərqlənəcək? Onun Qarabağdakı fəaliyyəti Azərbaycan üçün hər hansısa yeni təhdidlərin, təxribatların ortaya çıxması ilə nəticələnə bilərmi?

Bu suallara cavab tapmaq üçün Milli.Az olaraq ekspertlərin fikrini öyrəndik. Öncə Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadə Milli.Az-a bu dəyişikliklə bağlı fikirlərini bildirib:

“Öncə onu qeyd edim ki, Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti nəzarət zonasında təkcə Lentsov yox, köhnə tanış Muradov da olacaq. General-polkovnik Aleksandr Lentsov Rusiya sülhməramlı kontingentinin yeni komandanı olmamışdan öncə onun keçmişinə nəzər salsaq görərik ki, buna kimi o 2008-ci ildə Əfqanıstanda, Yuqoslaviyada, həm Çeçen müharibəsində, həm də Cənubi Osetiyada, 2014-2015-ci illərdə Ukraynada döyüşlərdə iştirak edib. 2016-cı ildə isə Suriyada Rusiya Silahlı Qüvvələrinin bir qrup qoşun (qüvvələri) komandanının müavini vəzifəsini tutub.

Böyük döyüş təcrübəsinə baxmayaraq, general Lentsov eyni zamanda peşəkar “diplomat” təsiri bağışlayər, öz mövqeyini, fikirlərini qarşı tərəf(lər)ə qəbul etdirməyi bacaran biridir. İndi Qarabağda rus generalı kimi dialoqlarda aktiv olan həm Lentsov, həm də müvəqqəti nəzarət zonasında rus qoşunlarının V qrupunun keçmiş komandanı general Muradov var”.

Hərbi ekspert Ədalət Verdiyev isə Volkovun Lentsovla əvəzlənməsinin Azərbaycan üçün elə də ciddi dəyişikliklərlə yadda qalmayacağını bildirib:

“Andrey Volkovun gedəcəyi əslində gözlənilən idi. Çünki son aylar ərzində Volkov tabeliyində olan rus kontingentini erməni silahlılarının kuryerinə çevirmişdi. Qarabağ ərazisində inşaat işlərindən tutmuş, silah-sursat daşınmasına himayədarlıq etməyə qədər bütün funksiyaları rus kontingent üzərinə götürmüşdü və bu da birmənalı olaraq Volkovun “fəaliyyətinin” nəticəsi idi. 

Aleksandr Lentsovun gəlməsi düşünmürəm ki, çox şeyi dəyişsin. Çünki Volkov da özbaşına deyildi, Volkovu da idarə edən Rusiya MN-i idi. Lentsov da orada çalışan bir generaldır, Quru Qoşunları komandanının müşaviridir. Çox şeyin dəyişəcəyini düşünmürəm, amma ən azından ümid edirəm ki, Lentsov Volkovun yarıtmaz fəaliyyətlərinin acı nəticələrindən özü üçün bir dərs çıxaracaq”. 

Təhməz Əsədov
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button