Uncategorized

Hafiz Paşayev Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görüldü – FOTO

ADA Universitetinin rektoru professor Hafiz Paşayev Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görülüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mayın 19-da Gürcüstan Texniki Universitetinin binasında fəxri diplomun təqdim olunma mərasimi keçirilib.

Universitetin rektoru David Qurqenidze Hafiz Paşayevə fəxri doktor adının verilməsi qərarının ali məktəbin Elmi Şurası tərəfindən qəbul olunduğunu qeyd edib. O, Hafiz Paşayevə fəxri doktor diplomu və Gürcüstan Texniki Universitetinin fəxri nişanını təqdim edib.

Professor Hafiz Paşayev universitetin rektoruna və Elmi Şurasına onu bu yüksək mükafata layiq gördükləri üçün təşəkkür edib.

Mərasimdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, səfir Faiq Quliyev, Gürcüstanın təhsil və elm nazirinin müavini Nodar Papukaşvili və digər rəsmilər iştirak ediblər.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button