Uncategorized

Heydər Əliyevin gərgin əməyi və fədakarlığı sayəsində Azərbaycan güclü və çiçəklənən ölkəyə çevrilib – Hafiz Paşayev

Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və fədakarlığı sayəsində Azərbaycan güclü və çiçəklənən ölkəyə çevrilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev bu gün Universitetdə keçirilən “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxaq konfransda çıxışında deyib.

Hafiz Paşayev qeyd edib ki, ümummilli lider ölkədə dövlətin maraqlarına cavab verən daxili mühit formalaşdırmağa nail oub. O həmçinin bir dəfə ABŞ konqresmenlərindən birinin Heydər Əliyevin Azərbaycanın Corc Vaşinqtonu olduğunu dediyini yada salıb.

ADA Universitetinin rektoru ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın adından ölkə üçün mühüm sazişlərin, xüsusən “Əsrin Müqaviləsi”nin imzalanmasını, “Bakı-Tbilisi-Ceyhan” və “Bakı-Tbilisi-Ərzurum” layihələrinin icrasını xatırladıb.

“Bu layihələr Azərbaycanın xarici siyasətini həmişəlik möhkəmləndirdi və böyük Avrasiyanın geosiyasi xəritəsini müəyyən etdi”, – deyən Hafiz Paşayev bütün bunların böyük Xəzər dənizi regionunda qüvvələr balansını dəyişdiyini əlavə edib.

Azərbaycanın 2-ci Qarabağ müharibəsindəki Zəfərindən danışan Hafiz Paşayev bu Zəfərin əsasının 90-cı illərdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan möhkəm təməl sayəsində əldə olunduğunu bildirib.

Milli.Az 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button