Ölkə

“Heydər Əliyev və Prezident Təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” – YENİLƏNİB

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq 20 oktyabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Prezident Təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” mövzusunda tədbir keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev, ali təhsil müəssisələrinin rektorları, 2001 və 2002-ci illərdə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş və ümummilli lider H.Əliyevlə görüşən ilk Prezident təqaüdçüləri, 2023-cü ildə keçirilmiş qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülən birinci kurs, həmçinin ali təhsil müəssisələrinin Prezident təqaüdünü qoruyub saxlayan yuxarı kurs tələbələri və qəbul nəticələri yüksək olan ümumtəhsil müəssisələrinin direktorları iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra ümummilli lider H.Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, 2023-cü il Azərbaycan tarixində ən əlamətdar il kimi yaddaşlarda qalacaq. “Bu il həm “Heydər Əliyev İli”, həm də Azərbaycan dövlətinin öz torpaqlarında suverenliyini tam bərpa etdiyi ildir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirmişdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir ki, bu da cənab Prezidentə nəsib oldu. Bu qələbənin təmin olunmasında ən yeni texnologiyalarla təchiz edilmiş milli ordumuzla yanaşı, yüksəkixtisaslı kadr potensialı, intellektual ordumuz da rol oynamışdır. Burada əyləşənlər də elə bizim intellektual ordumuzun nümayəndələridirlər”.

M.Abbaszadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 oktyabr 2023-cü il tarixində imzaladığı Sərəncamla bu il keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan 102 nəfər Prezident təqaüdünə layiq görülən tələbələri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

Daha sonra sədr DİM-in “İlk Prezident təqaüdçüləri” layihəsi, onlar haqqında nəşr olunan kitab, eləcə də çəkilən film haqqında danışıb. “2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar olaraq, 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülən və Heydər Əliyevlə görüşən şəxslərin hər birindən ayrıca müsahibə almışıq. Bu gün təqdim olunan filmdə həmin görüşlər zamanı Heydər Əliyevin söylədiyi müdrik kəlamlar, eləcə də həmin müsahibələrdən fraqmentlər əks olunub. Bizim “zaman maşını” ilə təqribən 20 il əvvələ qayıtmaq imkanımız var və biz o görüşləri, təəssüratları yenidən xatırlayacağıq. Onlar hazırda nə işlə məşğuldurlar, kimdirlər, onlara göstərilən etimadı doğrulda biliblərmi, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələri, indiki gənclərə tövsiyələri nədən ibarətdir? – bu suallara cavabı onlardan eşidəcəyik”, – deyə Sədr bildirib.

Ardınca “İlk Prezident təqaüdçüləri” filmi nümayiş etdirilib.

2001-ci ildə ilk dəfə Prezident təqaüdünə layiq görülən şəxslərdən biri olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Orxan Dəmirli isə indiyə qədər Prezident təqaüdü verilmiş şəxslərin səylərini gənclərin təhsili sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində birləşdirmək, tələbələrin elmə və təhsilə olan marağını daha da artırmaq məqsədilə “Prezident təqaüdçüləri İctimai Birliyinin” yaradılması təşəbbüsü ilə çıxış edib.

Digər çıxışçılar Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Tamara Ağarzayeva təhsilində uğur qazanmış, yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün təyin olunmasının onları öz üzərində işləməyə, inkişafa sövq etdiyi və əlavə motivasiya verdiyi, ikinci Qarabağ müharibəsi qazisi Xüsusi təyinatlı qüvvələr mənsubu Elvin Vəliyev isə dövlət tərəfindən müharibə iştirakçılarının təhsilinə göstərilən diqqət və qayğı haqqında danışıb.

Qeyd edək ki, tədbir boyunca Azərbaycan Respublikasının xalq artisti Simarə İmanova, Opera və Balet Teatrının solisti, Əməkdar artist Fərid Əliyev, tar ifaçısı Əməkdar artist Şəhriyar İmanov, vokalist Rauf Məmmədzadə ulu öndər Heydər Əliyevin sevdiyi və ona həsr olunan mahnılardan ibarət musiqi parçaları ifa ediblər. Tədbirdə həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri milli rəqslərimizi təqdim ediblər.

 

——–

11:46

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq 20 oktyabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Prezident Təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” mövzusunda tədbir keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev, ali təhsil müəssisələrinin rektorları, 2001 və 2002-ci illərdə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş və ümummilli lider H.Əliyevlə görüşən ilk Prezident təqaüdçüləri, 2023-cü ildə keçirilmiş qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülən birinci kurs, həmçinin ali təhsil müəssisələrinin Prezident təqaüdünü qoruyub saxlayan yuxarı kurs tələbələri və qəbul nəticələri yüksək olan ümumtəhsil müəssisələrinin direktorları iştirak edir.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra ümummilli lider H.Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button