Uncategorized

İlqar Rəhimov vəzifəsindən istefa verdi

İlqar Rəhimov Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsindən istefa verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov istefası ilə bağlı ictimaiyyətə məlumat verib.

“İyunun 30-da Portuqaliyada IBSA-nın (Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının) növbədənkənar Baş Assambleyası keçiriləcək. Assambleyada yeni İdarə Heyəti seçiləcək. Mən IBSA-nın prezidentliyinə namizədliyimi irəli sürmüşəm və seçildiyim təqdirdə fəaliyyətimi bu dünya təşkilatında islahatlara və dəyişikliklərə həsr etmək istəyirəm”, – deyə o əlavə edib.

İlqar Rəhimov ona bu illər ərzində göstərilən etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib, IBSA-nın rəhbərliyində Azərbaycanı layiqincə təmsil edəcəyinə söz verib.

İyulun 7-də Azərbaycan Milli Paralimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransı çağırılıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button