Ölkə
İmişlidə qəza: Maşın aşdı – Ölən var
İmişlidə baş verən avtomobil qəzasında 39 yaşlı sürücü hadisə yerində ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə İmişli şəhərində baş verib.
İmişli şəhər sakini, 1985-ci il təvəllüdlü Xəlil Asif oğlu Quliyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili maneəyə çırpması nəticəsində aşırıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun